Вернуться назад Распечатать

Qonşularda 6% və 19% artım, bizdə niyə 11% azalma?

Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev deyib ki, Hindistan və Pakistan arasında baş verən gərginlik, son dövrlərdə isə Yaxın Şərqdə yaşanan münaqişələr Azərbaycana turizm axınının azalmasına təsir göstərib. R.Əliyev doğruları söyləmir.

1xeber.media xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bu ilin ilk 5 ayında Azərbaycana səfər edən turistlərin sayı keçən ilin eyni dövrünə görə 11% azalıb:

“Gəlin bölgəmizə baxaq, Hindistan, Pakistan, Yaxın Şərq bir tək bizə təsir edə bilməz axı, azalma varsa, bütün bölgədə turizm sayı azalmalıdır:

- 2026-cı ilin yanvar-may aylarında (eyni dövrü müqayisə edək) Gürcüstana gələn turist sayı 1 mln. nəfər olub, keçən ilin eyni dövrü ilə müqayisədə 6% artım olub. Bu il Avropa Birliyi (AB) və Böyük Britaniyadan gələn turistlərin sayında 30%-lik kəskin artım qeydə alınıb. Səudiyyə Ərəbistanından gələn turist sayı isə 36,3% artıb. Yaxşı, Səudiyyə Körfəz ölkəsi deyil?! Bəs Gürcüstana niyə daha çox gəlirlər?!

- 2026-cı ilin yanvar-may aylarında Ermənistanı 825 384 turist ziyarət edib – bu, ölkə tarixində rekord göstəricidir. 2025-ci ilin eyni dövrü ilə müqayisədə turist sayı 19,3% artıb. Ölkəyə gələn turistlərin 40%-ə yaxını Ermənistana quru sərhədlərlə keçib. Bu dövrdə Ermənistan Hindistandan və Körfəz ölkələrindən gələn turist sayı keçən ilə nisbətən kəskin artıb, ən çox artım Hindistandandır.

Necə olur ki, Pakistanla Hindistan dalaşır, Körfəzdə dava düşür, amma buralardan gələn turist sayı tək bizdə, Azərbaycanda azalır?! Bu əsl səbəbdirsə, Gürcüstanda, Ermənistanda da azalma olmalıdır?!”