Вернуться назад Распечатать

Zelenski Ukrayna Təhlükəsizlik Şurasının yeni katibini açıqladı

1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) yeni katibi vəzifəsinə sabiq daxili işlər naziri İqor Klimenkonu təklif edib.

Zelenski bu barədə Telegram kanalında paylaşım edərək bildirib ki, müvafiq təyinat haqqında fərman artıq hazırlanır.

“İqor Klimenko ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyətini davam etdirəcək. Ona Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsini təklif etmişəm”, – deyə dövlət başçısı qeyd edib.

Klimenkonun bu vəzifəyə təyin olunacağı təqdirdə, hazırkı MTMŞ katibi Rustem Umerov vəzifəsindən azad ediləcək.

Qeyd edək ki, bundan əvvəl Volodimir Zelenski vəzifədən ayrılan İqor Klimenkonun Ukraynanın yeni müdafiə naziri ola biləcəyini bildirmişdi. Lakin bununla bağlı sənədlər Ali Radaya təqdim edilməmişdi.