Вернуться назад Распечатать

Estoniyada sovet əsgərlərinin qardaş məzarındakı abidə sökülüb

1xeber.media xəbər verir ki, Estoniyanın Valqa rayonunun Yıqeveste kəndində sovet ordusunun həlak olmuş hərbçilərinin qardaş məzarı üzərində yerləşən abidə demontaj edilib.

Səfirliyin məlumatına görə, Böyük Vətən müharibəsi illərində həlak olmuş 795 sovet əsgər və zabitinin dəfn olunduğu qardaş məzarın üzərindəki abidə Estoniya hakimiyyəti tərəfindən əvvəlcədən ictimaiyyətə məlumat verilmədən sökülüb.

Rusiya səfirliyi baş verən hadisəni "dövlət vandalizmi aktı" kimi qiymətləndirərək, bunu Estoniyanın azadlığı uğrunda həyatını itirən şəxslərin xatirəsinə qarşı hörmətsizlik adlandırıb.

Qeyd edək ki, bundan əvvəl Estoniyanın müdafiə naziri Hanno Pevkur ölkəsinin hərbi əməkdaşlıq çərçivəsində Ukraynadan silah almağa başlayacağını açıqlamışdı.