0
1xeber.media xəbər verir ki, Rusiyada ölkəni tərk edən Volkswagen konserninin yeni avtomobillərinin satışları kəskin şəkildə artıb.
Analitik Sergey Tselikovun məlumatına görə, markanın yeni avtomobillərinin satışı ötən dövrlə müqayisədə 3,8 dəfə artaraq 279 faiz yüksəlib və 7243 ədədə çatıb. Ekspert bu göstəriciləri özünün Telegram kanalında yayımlayıb.
Bildirilib ki, Rusiyaya Volkswagen avtomobillərinin idxalı da artıb. Altı ay ərzində ölkəyə 7025 ədəd bu markadan olan avtomobil gətirilib ki, bu da əvvəlki göstəricidən 314 faiz çoxdur.
İkinci əl avtomobil bazarında da artım müşahidə olunub. Yanvar-iyun aylarında Almaniya markasına aid 130,8 min işlənmiş avtomobil satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.
Ekspertin sözlərinə görə, ikinci əl bazarındakı artım təkcə ölkə daxilindəki satışlarla deyil, xaricdən gətirilən avtomobillərin sayının çoxalması ilə də bağlıdır.
Hesabat dövründə yaşı üç ildən çox olan 21,9 min Volkswagen minik avtomobili Rusiyaya idxal edilib. Bu göstərici ötən illə müqayisədə 147 faiz artıb.
Yeni avtomobillər arasında ən çox satılan modellər Volkswagen Tiguan (2630 ədəd) və Teramont (1690 ədəd) olub. İkinci əl bazarında isə Tayron (4067 ədəd) və Golf (3625 ədəd) önə çıxıb. Ümumilikdə işlənmiş avtomobil bazarında lider mövqedə Volkswagen Polo qərarlaşıb – 38 390 satış.
Qeyd edək ki, daha əvvəl avtomobil ekspertləri maşın seçərkən yalnız qiymətə deyil, avtomobilin hansı məqsədlə istifadə olunacağına da diqqət yetirməyi tövsiyə ediblər.00