Вернуться назад Распечатать

Səhvən prokurorluğun binasına daxil olan rusiyalı həbs edilib

1xeber.media xəbər verir ki, Sankt-Peterburqda yerli sakin Aleksey Batalov xuliqanlıq işi üzrə həbs olunaraq istintaq təcridxanasına göndərilib.

Bu barədə şəhər məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

İstintaqın versiyasına görə, iyulun 16-na keçən gecə Batalov Mərkəzi rayon prokurorluğunun foyesinə daxil olub və orada konsyerjə hədə-qorxu gəlib. Daha sonra o, pəncərəni sındırıb və xidməti otağın qapısını dağıdıb.

Həmin gün saxlanılan kişi məhkəmədə bildirib ki, sərxoş olub və prokurorluğun binasına təsadüfən daxil olub.

Məhkəmənin qərarı ilə Aleksey Batalov sentyabrın 15-dək həbsdə qalacaq.

Qeyd edək ki, daha əvvəl Sankt-Peterburqda detektivlər birliyinin rəhbərinin dövlətə xəyanət ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilmişdi.