Bununla bağlı müvafiq qərar normativ hüquqi aktlar portalında dərc olunub.
Qərara əsasən, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmayan ölkələrə düyü ixracı üçün birdəfəlik lisenziyaların tətbiqi dayandırılıb.
Daha əvvəl qüvvədə olan qaydalara əsasən, Rusiyadan çiy düyünün ixracı üçün lisenziyalar verilir və ixrac gömrük rüsumları üzrə tarif kvotası müəyyən edilirdi.
Hökumət 2026-cı il üçün çiy düyü ixrac kvotasını 200 min ton həcmində müəyyən etmişdi. Kvota çərçivəsində ixrac rüsumu sıfır faiz təşkil edirdi, kvotadan artıq ixrac zamanı isə rüsum məhsulun gömrük dəyərinin 50 faizi həcmində hesablanırdı.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) analitikləri orta müddətli perspektivdə Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracının artacağını proqnozlaşdırırlar.
Məlumata görə, qarşıdakı 10 il ərzində Rusiyanın buğda ixracının illik həcmi 60,15 milyon tona, qarğıdalı ixracının 2035-ci ilədək 4,9 milyon tona, düyü ixracının isə 283 min tona çatacağı gözlənilir.