Вернуться назад Распечатать

Rusiya Ukraynada beş quru yük gəmisini vurduğunu açıqlayıb

1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ölkə ordusunun Ukrayna limanlarında yerləşən beş quru yük gəmisinə zərbə endirdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbçilər Nikolayev limanında Ukrayna Silahlı Qüvvələri üçün yüklərin boşaldılması zamanı dörd quru yük gəmisini hədəfə alıb.

Bundan əlavə, daha bir gəminin Odessa vilayətində yerləşən “Yujnıy” limanında vurulduğu iddia edilir.

Rusiya tərəfi bildirib ki, zərbələr hərbi məqsədlər üçün istifadə olunan yüklərə qarşı həyata keçirilib.

Hadisə ilə bağlı Ukrayna tərəfinin açıqlaması verilməyib.