Вернуться назад Распечатать

Hələ Müctəba Xamenei ilə görüşməmişəm - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi indiyədək ölkənin yeni Ali Rəhbəri Müctəba Xamenei ilə görüşmədiyini açıqlayıb.

1xeber.media xəbər verir ki, o, bu barədə "Müharibə Hekayəsi 2" verilişinin 20-ci buraxılışında Cavad Moqoiyə verdiyi müsahibədə danışıb.

Əraqçi bildirib ki, Müctəba Xamenei ilə hələ çox məhdud sayda şəxs görüş imkanı əldə edib.

"İndiyədək onunla yalnız çox az sayda insan görüşüb", – deyə İranın xarici işlər naziri qeyd edib.