Вернуться назад Распечатать

Azərbaycanda peşə təhsili proqramları hazırlanacaq

Azərbaycanda iqtisadiyyatın prioritet sahələri üzrə əmək bazarının tələblərinə uyğun peşə təhsili proqramlarının hazırlanması planlaşdırılır.

1xeber.media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub.

Bildirilib ki, ilkin nəticə əmək bazarının tələblərinə uyğun müvafiq ixtisaslar üzrə beynəlxalq sertifikat proqramlarını mövcud peşə təhsili proqramları ilə uyğunlaşdırma imkanlarının müəyyən edilməsidir.

Proqramın icrası Elm və Təhsil Nazirliyinə tapşırılıb.