Вернуться назад Распечатать

İş yerində təcrübə və usta yanında şagirdlik dövründə əmək münasibətlərini tənzimləyən yeni mexanizm formalaşdırılacaq

Azərbaycanda iş yerində öyrənmə (usta yanında şagirdlik və təcrübəkeçmə) sisteminin yaradılması istiqamətində yeni hüquqi mexanizmin formalaşdırılması nəzərdə tutulur.

1xeber.media xəbər verir ki, bu, "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, 2026–2029-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının cəlb olunması ilə iş yerində öyrənmə üzrə yeni mexanizmin yaradılması məqsədilə normativ hüquqi baza formalaşdırılacaq.

İlkin mərhələdə iş yerində öyrənmə ilə bağlı beynəlxalq təcrübə araşdırılacaq və müvafiq təkliflər hazırlanacaq. Növbəti mərhələdə bu sahəni tənzimləyəcək normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək.

Tədbirlər planına əsasən, görüləcək işlərin yekununda iş yerində təcrübə və usta yanında şagirdlik dövründə əmək münasibətlərini tənzimləyən yeni mexanizm formalaşdırılacaq.