1xeber.media xəbər verir ki, Zaporojye vilayətinin rəhbəri Yevgeni Balitski Rusiya Prezidenti Vladimir Putinə R-280 "Novorossiya" avtomobil magistralının hazırda tam şəkildə Rusiya hərbi qüvvələrinin nəzarəti altında olduğunu bildirib.
Balitskinin sözlərinə görə, Krımın təminatında mühüm rol oynayan magistral üzrə vəziyyət sabitdir və Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının fəaliyyətinin effektivliyi son dövrlərdə əhəmiyyətli dərəcədə azalıb.
"Krımı təmin edən R-280 'Novorossiya' yolu bu gün tam nəzarət altındadır. Hərbçilərimizin fəaliyyəti sayəsində Ukrayna dronlarının effektivliyi xeyli aşağı düşüb", – deyə o bildirib.
Balitski əlavə edib ki, Rusiya ordusunun pilotsuz uçuş aparatlarına qarşı tətbiq etdiyi müdafiə vasitələri daim təkmilləşdirilir və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Çerniqov vilayətində yerləşən elektrik yarımstansiyasına "Geran" tipli pilotsuz uçuş aparatı ilə zərbə endirildiyini açıqlayıb.
Mənbə: Rusiya KİV-ləri.