Вернуться назад Распечатать

Avropa Liqası: “Qarabağ” III təsnifat mərhələsində mümkün rəqibləri məlum olub

“Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

1xeber.media xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Ağdam təmsilçisi II raundda Bolqarıstanın MOİK komandasını mübarizədən kənarlaşdırsa, növbəti raundda "Şerif" (Moldova) - "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Qurban Qurbanovun başçılıq etdiyi komanda ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin görüşləri avqustun 6-sı və 13-də reallaşacaq.