Вернуться назад Распечатать

Tramp: İran öldürülən hər bir Amerika əsgərinə görə qat-qat artıq şəkildə cəzalandırılacaq

ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinin öldürülməsinə görə İranı ağır cəza ilə hədələyib.

1xeber.media xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

"İran Silahlı Qüvvələri hər dəfə bir Amerika əsgərini öldürəndə bunun qat-qat artığını alacaqlar. Bu tapşırıq müharibə naziri Pit Heqsetə, Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Deniel Keynə və hər bir hərbi rəhbərə çatdırılıb", - Tramp paylaşımda qeyd edib.