Вернуться назад Распечатать

Media: HƏMAS Qəzza zolağı və Qərb sahili üzrə yeni rəhbərlər seçib

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağı və Qərb sahilindəki strukturlarına yeni rəhbərlər təyin edib.

1xeber.media xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.

Məlumata görə, HƏMAS-ın keçmiş informasiya rəhbəri Əli əl-Əmudi Qəzza zolağındakı hərəkatın rəhbəri seçilib. Zaher Cabarin isə Qərb sahilində HƏMAS fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək.

Bundan əvvəl HƏMAS Xəlil əl-Heyanın hərəkatın siyasi bürosunun rəhbəri seçildiyini açıqlamışdı.

Qeyd edək ki, HƏMAS-da rəhbərlik vəzifəsi Yəhya Sinvarın 2024-cü ilin oktyabrında İsrailin Rəfah şəhərinə endirdiyi zərbə nəticəsində öldürülməsindən sonra boş qalmışdı.