Вернуться назад Распечатать

Restoranda zəhərlənənlər təzminat ala bilər – Hüquqşünas açıqladı

Restoran və digər ictimai iaşə obyektlərində baş verən kütləvi qida zəhərlənmələri istehlakçıların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğurur. Belə hallarda zərərçəkənlərin hüquqlarının necə qorunduğu, müəssisənin hansı məsuliyyət daşıdığı və müştərilərin maddi və mənəvi zərərin ödənilməsini tələb edib-edə bilməyəcəyi ən çox müzakirə olunan məsələlərdəndir.
Mövzu ilə bağlı 1xeber.media-ya danışan hüquqşünas Şamil Paşayev bildirib ki,  restoranda və ya istənilən ictimai iaşə obyektində keyfiyyətsiz qida qəbulu nəticəsində zəhərlənmə ilə bağlı vətəndaşlar aidiyyəti qaydada hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər:
“Baş verən xəsarətin xarakterinə və dəymiş ziyana görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə istehlakçıların aldadılması məsələsi ilə bağlı iddialar olduğu halda məsuliyyət tədbirləri həyata keçirilə bilər. Vətəndaşın bununla bağlı şikayəti varsa, aidiyyəti qaydada hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Bu zaman şəxsdən ekspertiza üçün nümunələr götürülə bilər, zəhərin növü müəyyən edilə bilər. Eyni zamanda şəxsin sağlamlığına dəyən zərər, bu münasibətdə aldadılma halları və digər xüsuslar araşdırıla bilər. İkinci məsələ isə şəxsin təzminat almasıdır. Bu təzminatın alınması da mümkündür”.
Aysel