1xeber.media xəbər verir ki, Rusiyanın İrkutsk vilayətində çinli turistləri daşıyan avtobus yolsuzluq avtomobili ilə toqquşub.
Məlumata görə, qəza iyulun 20-də axşam saatlarında Baykal traktında, Listvyanka qəsəbəsi yaxınlığında baş verib. Mitsubishi Pajero markalı avtomobil turist avtobusu ilə toqquşub. Nəticədə yolsuzluq avtomobilinin 59 yaşlı sürücüsü hadisə yerində həyatını itirib.
İrkutsk Yeparxiyasının məlumatına görə, həlak olan şəxs Xomutovo kəndindəki kilsənin настоятeli Vyaçeslav Puşkaryov olub.
Bildirilir ki, hadisə yerində avtobus sürücüsünə və turistlərə tibbi yardım lazım olmayıb. Lakin sonradan Çindən olan bir neçə turist həkimlərə müraciət edib. Onların həyatı üçün təhlükə yaratmayan xəsarətlər aldığı qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.