1xeber.media xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın yeddi regionunda yerləşən obyektlərə zərbələr endirdiyi iddia olunur.
WarGonzo Telegram kanalının məlumatına görə, gecə saatlarında Rusiya qoşunları Ukrayna ərazisinə kombinə edilmiş hücum həyata keçirib. Hücum zamanı zərbə dronları, aviasiya bombaları və digər vasitələrdən istifadə edildiyi bildirilib.
Məlumata əsasən, zərbələr Xarkov, Odessa, Sumı və Çerniqov şəhərlərinə, eləcə də Poltava, Dnepropetrovsk vilayətlərinə və Kiyevin nəzarətində olan Zaporojye vilayətinin bir hissəsinə endirilib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi təyinatlı yüklər daşıyan dəmir yolu qatarlarının Zaporojye vilayətində vurulduğunu açıqlamışdı.
Qeyd: Məlumat Rusiya mənbələrinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.