1xeber.media xəbər verir ki, Rusiyanın İndoneziyadakı səfiri Sergey Tolçenov yaxın vaxtlarda Rusiya vətəndaşları üçün bu ölkə ilə vizasız rejimin tətbiq olunmasının gözlənilmədiyini bildirib.
Səfirin sözlərinə görə, hazırda tərəflər arasında müzakirələr vizaların tam ləğvi deyil, İndoneziyaya giriş icazəsinin alınması prosedurunun sadələşdirilməsi ilə bağlı aparılır.
"Əslində, hazırda yalnız girişin sadələşdirilməsi məsələsi müzakirə olunur, vizaların tam ləğvi yox. Hətta bu razılaşmanı da hələ imzalaya bilmirik, çünki İndoneziya tərəfi bizi qane etməyən bəzi müddəaları əlavə etməyə çalışır", – deyə Tolçenov bildirib.
Səfir qeyd edib ki, danışıqlar davam edir, lakin prosesin yekunlaşması üçün tərəflərin mövqelərinin uyğunlaşdırılması tələb olunur.