Вернуться назад Распечатать

“AzVirt” MMC işçisinin haqqını vermir – ŞİKAYƏT

“AzVirt” şirkəti işçisinin haqqı olan pulu 3 ildir ödəməkdən boyun qaçırır. 

1xeber.media Bizimesr.com-a istinadla bildirir ki, bunu vaxtilə sözügedən şirkətdə çalışan vətəndaş Mustafayev Nizam Mənsim oğlu bildirib. O qeyd edib ki, 2023-cü ilin aprel ayında gördüyü işin pulunu bu günədək ala bilmədiyini iddia edir.

Şikayətçinin sözlərinə görə, o, həmin vaxt “AzVirt” şirkəti üçün hərbiləşdirilmiş obyektin tikintisində istifadə olunan kubik qırıntısı (asfalt materialı) daşıyıb. Görülən işə görə ona ödənilməli olan 1760 manat məbləğində vəsait isə indiyədək verilməyib. “Mən dəfələrlə şirkətin sahibi Kamil Əliyevə və digər məsul şəxslərə müraciət etmişəm. Hər dəfə məni bir-birinin yanına göndərirlər.

Türk direktor Savaş bəyə də müraciət etdim. O dedi ki, işi ‘AzVirt’ə təhvil vermişəm, get pulunu onlardan al. Kamil bəy məni Elşad bəyə yönləndirir, Elşad bəy isə deyir ki, mən bilmirəm. Beləcə, məni aylardır, illərdir aldadırlar”, – deyə şikayətçi bildirib. 

Mustafayev Nizam Mənsim oğlu iddia edir ki, gördüyü işin haqqı əsassız şəkildə ödənilmir və məsələ ilə bağlı aidiyyəti qurumların kömək göstərməsini istəyir. Şikayətçinin problemi ilə bağlı sözügedən şirkətə sorğu ünvanladıq. Sorğumuza hələlik cavab verilməyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.