Goranboyda yol qəzasında ölənlərin kimliyi məlum olub.
Məlumata görə, "VAZ-2107", "Mercedes" və daha bir minik maşınının toqquşması nəticəsində Akşin İbrahimov və Xəyyam Ələkbərov ölüb.
Qəza zamanı daha bir nəfər - Araz Şükürov xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Məlumata görə, onlar toyda olublar. Sözügedən foto da məhz toyda çəkilib. Bu, onların sonuncu fotosu olub.
Onların içkili halda maşınla yarışdıqları deyilir.
Qeyd edək ki, hadisə Qızılhacılı qəsəbəsində baş verib.
Faktla bağlı araşdırma başlanılıb.
***00:10
Goranboyda üç avtomobilin toqquşması nəticəsində iki nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı məlum olub.
1xeber.media xəbər verir ki, "Mercedes", VAZ-2107 və "Prado" markalı avtomobillərin toqquşması nəticəsində "Mercedes" yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.
Qəza zamanı 2003-cü il təvəllüdlü X.Ələkbərov və 2004-cü il təvəllüdlü A.İbrahimov ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.unikal.az