Вернуться назад Распечатать

Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir - İlham Əliyev

Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir.

1xeber.media xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Prezident İlham Əliyev bildirib.

“İlk növbədə, sizi, Şavkat Miromonoviç, Özbəkistandakı bütün qardaşlarımızı ölkənin inkişafında, potensialının gücləndirilməsində, həm sosial-iqtisadi sahədə, həm də beynəlxalq arenada əldə etdiyiniz böyük uğurlar münasibətilə təbrik etmək istərdim. Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir və bu, ilk növbədə, sizin xidmətinizdir. Siz ölkəni inkişaf etdirmək, onun potensialını gücləndirmək, o cümlədən Özbəkistanın beynəlxalq arenadakı rolunu möhkəmləndirmək üçün yorulmadan çalışırsınız”, - deyə dövlət başçısı qeyd edib.