Вернуться назад Распечатать

"Südün litrini 15 qəpiyə alırlar" - Fermer üsyan etdi (VİDEO)

Azərbaycanda fermer ondan alınan südün qiymətinə etiraz edib. 

1xeber.media xəbər verir ki, o, südün bir litrinin ondan 15 qəpiyə alındığını iddia edib. 

"15 qəpiyə alınan südə maya əlavə edib 5 manata satırlar. Belə olmaz axı. Mən qapı-qapı süd satmalıyam? Dünyanın harasında 15 qəpiyə süd var?" - deyə fermer bildirib. 

O, çəkilən xərci qarşılaya bilmək üçün südün litrinin azı 1 manata satılmasını təklif edib.