Вернуться назад Распечатать

Laçındakı quruculuq işləri böyük sürətlə davam edir

 

2020-ci il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan
Azərbaycanın müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini
rəşadətlə yerinə yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan
Qarabağımızı işğaldan azad etdilər.
Həmin il dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, lakin bağlanan üçtərəfli
müqavilənin şərtlərinə əsasən müvəqqəti olaraq Laçın şəhəri və Zabux və Sus kəndləri bizim
nəzarətimizdə deyildi. Nəhayət ki, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus
kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü və həmin gündən etibarən burada geniş tikinti-
quruculuq işlərinə başlandı.
Ötən vaxt ərzində burada çox böyük işlər həyata keçirilib. İndi Laçın böyük bir tikinti
meydançasını xatırladır. Bu gün Laçın Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir,
mehmanxana kompleksinin tikintisi aparılır. 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli
tam orta məktəbinnin, mebel fabrikinin,  “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş
pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni”
və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start
verilib. Artıq respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi,
yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr döğma yurdlarına
qayıdıblar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan
sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə
məskunlaşması üçün bütün şərait yaradılıb.
Qazanılan zəfərdən keçən beş ilə yaxın bir müddətdə işğaldan azad olunmuş ərazilərdə
ölkəmiz tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa,
abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni
infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir
idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf
mərkəzinə çevirməkdədir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı  ilə Azərbaycan
Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və bu
Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. 2023-cü il avqustun 26-
da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 
Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində
iştirak ediblər.
Həmçinin 2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində
Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində
əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış
məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb
edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Prezident İlham Əliyev 2023-cü il avqustun 26-da “Laçın Şəhəri Günü” bayram
tədbirindəki çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir: “23 aprel bizim ərazi
bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi
bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz
öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.
Prezident İlham Əliyevin son beş ildə Laçına çoxsaylı səfərləri, sakinlərlə görüşləri,
Laçın Şəhəri Günü ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur layihələrinin
açılışlarında iştirakı az bir müddətində görülmüş möcüzəvi işləri nəinki Laçınlıların, eyni
zamanda, bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi.
Dövlət başçısının qeyd etdiyi kimi, “Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq
xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu
torpaqların sahibləri bizik”. Çıxışı zamanı Prezident İlham Əliyev bir daha Azərbaycan xalqına,
eləcə də bütün dünyaya səslənərək bildirdi ki, xalqımız artıq bu əraziləri bütün mənfur
qüvvələrdən təmizləyib və bu torpaqlarda əbədi olaraq yaşayacaqdır”.
Azərbaycan xalqı necə ki, 44 günlük İkinci Qarabağ – Vətən müharibəsində əzmkarlıqla
öz torpaqlarını qorudu və işğaldan azad etdi, bundan sonra da Azərbaycan Prezidentinin

bəyan etdiyi kimi, öz torpaqlarının cənnətə çevrilməsi istiqamətində aparılan işləri
dayandırmayacaq. Bu, bir tərəfdən Azərbaycan xalqının birliyini ifadə edən yanaşmadır, digər
bir tərəfdən isə bu gün dünyada baş verən siyasi katoklizmlərin, mövcud olan münaqişələrin
həlli istiqamətində ölkəmizin sülhməramlı qüvvə olaraq çıxış etməsinin, bölgədə sülhün təmin
olunması üçün təkbaşına bütün işləri gördüyünün əyani sübutudur.
Bu gün istər işğaldan azad olunmuş torpaqlarımıhda, istərsə də regionlarımızda görülən
işlər, İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə
düşməsinin məntiqi sübutudur. “Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs
maneə ola bilməz”, -deyən Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə işğaldan azad
olunmuş torpaqlara səfərləri bir daha göstərir ki, işğaldan azad olunmuş əraziləri qısa zaman
kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ
abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz.
Ağadadaş Həsənov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı