Ötən gün ali məktəbə daxil olanların siyahısı açıqlanıb.
1xeber.media-nən məlumatına görə, tələbə adı qazananlardan biri də Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyevadır.
M.Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub. O bundan öncə kollec təhsili alıb.
Qeyd edək ki, Xalid Hassan 2020-ci il noyabrın 4-ü Vətən müharibəsində Ağdərə istiqamətində şəhid olub. O, ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.