İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç karvanı Xocavənd rayonuna çatıb.
1xeber.media xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə ümumilikdə 48 ailə – 191 nəfər köçürülüb.
*** 12:06
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə ümumilikdə 43 ailədən (191 nəfər) ibarət növbəti köç karvanları yola salınıb.
1xeber.media xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavənd şəhərinə 19 (88 nəfər), Qırmızı Bazar qəsəbəsinə 11 (42 nəfər), Quzeyxırman kəndinə isə 13 ailənin (61 nəfər) qayıdışı təmin edilib.