Rusiya hərbçilərinin Donetsk Xalq Respublikasında (DXR) yerləşən Drujkovka şəhərinə daxil olaraq Ukrayna hərbçilərini məhv etdiyi bildirilir.
1xeber.media xəbər verir ki, bu barədə “Politika Stranı” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Rusiya diversiya-kəşfiyyat qrupu cəbhə xəttinin yaxınlığında yerləşən Drujkovkaya daxil olub və Ukrayna Silahlı Qüvvələrinin dörd hərbçisini məhv edib.
Drujkovka Donbasın “şəhər-qalalar” adlandırılan möhkəmləndirilmiş yaşayış məntəqələri zəncirinə daxildir. Bu sıraya Kramatorsk və Slavyansk da daxildir.
Qeyd edək ki, iyulun sonunda Rusiya Silahlı Qüvvələrinin hücum bölmələrinin Drujkovka yaxınlığındakı stela istiqamətində irəlilədiyi bildirilmişdi.