"Onlar oturub pul qazanacaqlar, mən sadəlövhəm? Mafiya bitdi".
1xeber.media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Parlamentdə çıxışı zamanı deyib.
"Mənə deyirlər ki, əmri buradan verirəm, səhər əməliyyat keçirilir. Əziz insanlar, əmri mən burada verməmişəm, əmri 5 iyun 2026-cı ildə Respublika Meydanında vermişəm. Heç kim fəxri mədəniyyət abidəsi olan zabit evinin söküldüyünü və yerin Robert Köçəryanın, Levon Köçəryanın və Sedrak Köçəryanın mülkiyyətinə çevrildiyini, insanların uşaq və gənclər tennis mərkəzini necə ələ keçirdiyini, onu özləri üçün "Narıncı" fitness klubuna çevirdiyini və sair demir.
Hökumət olaraq, biz hər gün həmin mafiyaya qarşı mübarizə aparmışıq. Ermənistan Respublikası xalqının hakimiyyəti altında olan dövlət xalqın iradəsini yerinə yetirməyə borcludur. Bəli, onlar yerlərində oturmalıdırlar. Bəli, seçki rüşvətini paylamaq üçün pulları olmamalıdır. Və bu, mənim siyasi öhdəliyimdir. İstədiyinizi ala, istədiyinizi sata biləcəyiniz mafiyanızın günləri artıq bitdi", - deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, bu gün Ermənistanın eks prezidenti Robert Köçəryan və oğulları saxlanılıb. Ona qarşı külli miqdarda rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi açılıb.