Вернуться назад Распечатать

Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycan mahnıları özbək uşaqlarının ifasında-VİDEO

 Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi iki qardaş ölkə arasında mədəni körpü rolunu oynayaraq Azərbaycan musiqisini, dilini və adət-ənənələrini Özbəkistanda uğurla təbliğ edir.

1xeber.media xəbər verir ki,mərkəzdə fəaliyyət göstərən dərnəklər sayəsində yerli özbək uşaqları və gəncləri Azərbaycan mahnılarını böyük sevgi ilə öyrənir və müxtəlif dövlət tədbirlərində, konsertlərdə ifa edirlər.