Вернуться назад Распечатать

"Sabah" ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb

Sabah" komandası tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

 Azərbaycan çempionu pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın qollarını Kristian Nvaçukvu, Umarali Raxmonaliyev və Tellur Mütəllimov vurublar. Mütəllimovun 90+4-cü dəqiqədə vurduğu qol görüşü əlavə vaxta aparıb.

Əlavə vaxtın 101-ci dəqiqəsində Patrik Orfe Mbina dördüncü qola imza atıb. Son nöqtəni isə 115-ci dəqiqədə Coy Lens Mikels vurub - 6:4.

23:20

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda əlavə vaxt oynanılır.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə “Sabah” 5-ci topu rəqibin qapısından keçirib. Əlavə vaxtın 115-ci dəqiqəsində Coy-Lens Mikels fərqlənib – 5:2.

23:03


UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda əlavə vaxt oynanılır.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşdə “Sabah” 4-cü topu rəqib qapısından keçirib. Əlavə vaxtın 101-ci dəqiqəsində Patrik Orfe Mbina fərqlənib.

22:49


UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda əlavə vaxt oynanılacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün əsas vaxtı komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 90+4-cü dəqiqədə Tellur Mütəllimov qol vurub.

Beləliklə, ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılacaq.


22:28

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda dördüncü qol vurulub.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 74-cü dəqiqəsində Sabah"dan Umarali Raxmonaliyev fərqlənib - 2:2.

22:15

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda üçüncü qol vurulub.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 61-ci dəqiqəsində "Hapoel" komandası önə keçib. Qay Mizrahi fərqlənib - 2:1.

21:54

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda ikinci hissə başlayıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün ilk yarısından sonra hesab bərabərdir - 1:1.

21:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda ilk hissə başa çatıb.

Komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün fəsiləsinə qollu heç-heçə ilə yollanıb - 1:1.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.

21:31

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda ikinci qol vurulub.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 38-ci dəqiqəsində Bakı klubunun heyətində Kristian Nvaçukvu diqqət mərkəzinə düşüb - 1:1.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.

21:03

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda hesab açılıb.

 Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 10-cu dəqiqəsində rəqibin heyətində İqor Zlatanoviç fərqlənib - 1:0.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.

20:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında cavab oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:45-də start götürüb.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.