1xeber.media xəbər verir ki, Almaniya Bundestaqının “Almaniya üçün Alternativ” partiyasından deputatı Ştefan Kotre “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin partladılması ilə bağlı araşdırmanın əsas təşkilatçıların məhkəmə qarşısına çıxarılması ilə nəticələnməyəcəyini bildirib.
Onun sözlərinə görə, istintaq hadisədə birbaşa iştirak edən şəxsləri əhatə edə bilər, lakin partlayışların əsas təşkilatçıları və onların bəzi əməkdaşları məsuliyyətdən yayına bilərlər.
Kotre bunun səbəbinin Almaniya hakimiyyətində araşdırmanı tam şəkildə aparmaq üçün siyasi iradənin olmaması olduğunu iddia edib. Deputat həmçinin icraçıların ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlıq edən şəxslərinin də cəzadan yayınacağını ehtimal edib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl Kiyevin “Şimal axını” partlayışlarına aidiyyəti olmadığını bildirib. Bununla yanaşı, iş üzrə təqsirləndirilən şəxslər arasında Ukrayna vətəndaşlarının olduğunu və Ukraynanın istintaqla əməkdaşlığa hazır olduğunu qeyd edib.