1xeber.media xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın münaqişədə açıq şəkildə məğlub olduğunu bildirib.
“Ukraynanın münaqişəni uduzduğu birmənalıdır. Cəbhələrdəki dinamika bunu açıq şəkildə göstərir”, – deyə Peskov bildirib.
Onun sözlərinə görə, Ukraynadakı hakimiyyət daxilində ziddiyyətlər güclənir və Kiyev rejimi daxildən dağılaraq sabitliyini itirir. Peskov Avropa ölkələrinin bu vəziyyəti görmək istəməməsini də “böyük səhv” adlandırıb.