1xeber.media xəbər verir ki, arağı şokolad, qızardılmış və hisə verilmiş yeməklərlə, həmçinin pomidor və turşu pomidorla qəlyanaltı etmək məsləhət görülmür.
Bu barədə Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin cərrahiyyə kafedrasının baş müəllimi Aleksandr Umnov NEWS.ru-ya açıqlamasında xəbərdarlıq edib.
Onun sözlərinə görə, düzgün olmayan qəlyanaltı seçimi qaraciyər, mədəaltı vəzi və mədə ilə bağlı ciddi problemlərə, eləcə də qan təzyiqinin kəskin dəyişməsinə səbəb ola bilər.
Həkim bildirib ki, qəhvə orqanizmdə susuzlaşmanı artıra, araqla birlikdə qəbul edildikdə isə təzyiqin yüksəlməsi riskini artırıb. Təzə pomidor da araqla birlikdə qəbul edildikdə zərərli ola bilər.
Şokoladın isə mədəaltı vəzinin fəaliyyətini artırdığı və alkoqolla birlikdə qəbulunun pankreatit riskini yüksəltdiyi qeyd olunub.
Bundan əlavə, araq qəbul edilərkən limonad və meyvələrdən də uzaq durmaq tövsiyə edilir. Ekspertin sözlərinə görə, kola və ya ananasın alkoqolla birlikdə istifadəsi qaraciyərin etil spirtini tam zərərsizləşdirə bilməməsinə və orqanizmə daha çox zərər vurmasına səbəb ola bilər.