Вернуться назад Распечатать

Yevlaxda balıqçı itkin düşdü

Yevlaxda balıqçı su anbarında itkin düşüb.

1xeber.media Teleqraf-a istinadən xəbər verir ki, Xanabad kənd sakini Kərimov Xaləddin Sabir oğlu dünən qayıqla Mingəçevir su anbarına balıq tutmağa gedib.

Ona məxsus qayıq və digər əşyalar tapılsa da, özü barədə indiyədək heç bir məlumat yoxdur. Ailəsi artıq balıqçının itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.