Azərbaycan bocciaçısı Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək dünya çempionatında mübarizə aparacaq.
1xeber.media xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Paralimpiyaçı turnirdə BC2 kateqoriyasında yer alacaq. Onu yarışda məşqçisi Elşən Məhərrəmov müşayiət edəcək.