Вернуться назад Распечатать

Tramp Ontario gölünün adını dəyişdi (VIDEO)

1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət ziddiyyətlərinin kəskinləşməsi fonunda Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirdiyini nümayiş etdirib.

Tramp avqustun 27-də “TikTok”da yayımladığı videoda kağız xəritə üzərində “Ontario” adının üstündən markerlə xətt çəkərək gölün yeni adının “Amerika gölü” olduğunu bildirib.

ABŞ lideri əvvəlki adın artıq mövcud olmadığını deyərək izləyiciləri yeni ada öyrəşməyə çağırıb.

Tramp daha əvvəl Meksika körfəzinin adını da “Amerika körfəzi” olaraq dəyişdirdiyini xatırladıb.