Gecəyarısınadək səsləndirilən musiqi səsləri yaşayış kompleksinin əksər mənzillərində eşidilir.
1xeber.media Xəzər Tv-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Yasamal rayonunda fəaliyyət göstərən "İzmir" restoranındandır.
İnşaatçılar prospektindəki 33-a ünvanında yaşayan sakinlər iddia edirlər ki, yaşayış kompleksinin sakinləri yay mövsümü başalayandan gecələr mənzillərində səs-küydən dincələ bilmirlər.
Sakinlər deyirlər ki, hətta dəfələrlə bununla bağlı aidiyyəti qurumlara məlumat veriblər. Tədbir görülməsi üçün müraciətlərə baxmayaraq, iaşə obyektinin rəhbərliyi onların narahatlığına məhəl qoymur.