Qazaxıstanın aşağı büdcəli "FlyArystan" aviaşirkətinə məxsus təyyarə Almatı Beynəlxalq Hava Limanında yanıb.
1xeber.media xəbər verir ki, bu barədə "Air Astana"nın mətbuat xidməti açıqlayıb.
Təyyarə müvəqqəti olaraq istismardan çıxarılıb: "İş zamanı lokal yanğın baş verib və hava limanının təcili yardım xidmətləri tərəfindən tez bir zamanda söndürülüb. "Air Astana" əməkdaşı xəsarət alıb".
Hadisə zamanı təyyarədə sərnişin və ya heyət üzvü olmayıb. Mütəxəssislər hazırda dəymiş ziyanın miqyasını qiymətləndirir və lazımi təmir işlərinin həcmini müəyyən edirlər.