1xeber.media xəbər verir ki, Qazaxıstanın yeni birpalatalı parlamenti – Kurultayın sədri vəzifəsinə hakim “Adilet” partiyasının lideri Aybek Dadabay seçilib.
Onun namizədliyini prezident Kasım-Jomart Tokayev irəli sürüb. Gizli səsvermədə 144 deputat Dadabayın namizədliyini dəstəkləyib, bir bülleten isə etibarsız sayılıb.
Dadabay daha əvvəl Qazaxıstan Prezident Administrasiyasına rəhbərlik edib. O, 2026-cı ilin mayında “Adilet” partiyasının sədri seçilib.