1xeber.media xəbər verir ki, Niderland xüsusi xidmət orqanları Rusiyaya qarşı mübarizə çərçivəsində səlahiyyətlərinin genişləndirilməsini istəyir.
Bloomberg-in məlumatına görə, hökumət xüsusi xidmətlərin fəaliyyətində bürokratik maneələrin azaldılmasını və kiberhücumlara daha çevik cavab verilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Niderland hakimiyyəti son dövrdə Rusiya və Çin hakerləri ilə əlaqələndirilən genişmiqyaslı kiberhücumların artdığını bildirir. Müdafiə naziri Dilan Yeşilgöz-Zegerius qanun layihəsini şərh edərkən xüsusi xidmətlərin imkanlarının gücləndiriləcəyini vurğulayıb.
Qeyd edək ki, Moskva dəfələrlə Qərb ölkələrinin Rusiyaya qarşı irəli sürdüyü kiberhücum ittihamlarını rədd edib.