Вернуться назад Распечатать

Rusiyada “Torun çəkici” tapıldı

1xeber.media xəbər verir ki, Pskov vilayətində arxeoloji qazıntılar zamanı vikinq dövrünə aid “Torun çəkici” adlandırılan Skandinaviya amuleti aşkarlanıb.

Tapıntı Novosokolniki rayonundakı Qorožane yaşayış məskənində evlərdən birinin zirzəmi çuxurunun tədqiqi zamanı üzə çıxıb. Amulet kiçik balta formasındadır və vaxtilə vikinqlər arasında geniş yayılıb.

Arxeoloqlar bildirirlər ki, Qədim Rus ərazisində bu tipdən 50-dən çox oxşar artefakt tapılıb. Yeni tapıntı yaşayış məntəqəsinin sakinləri arasında Şimali Avropadan gələn insanların olduğunu göstərən sübutlardan biri hesab olunur.