1xeber.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin hazırda özünün bu günü və gələcəyi uğrunda mübarizə apardığını bildirib.
Putin bu barədə “Yeni zaman üçün güclü ideyalar” forumunda çıxışı zamanı danışıb. Onun sözlərinə görə, Rusiya suverenliyin möhkəmləndirilməsi və vətəndaşların rifahının artırılması istiqamətində praktiki səylər göstərir.
Dövlət başçısı ümumi qələbəyə hər bir Rusiya vətəndaşının töhfəsinin vacib olduğunu vurğulayıb.
“Rusiya güclüdür və gələcəkdə də güclü olacaq”, – Putin bildirib.