Вернуться назад Распечатать

Rusiyalıların səyahət seçimi bəlli oldu

1xeber.media xəbər verir ki, rusiyalı səyahətçilərin 51 faizi səfər zamanı birbaşa uçuşlara üstünlük verir.

“Tutu” xidmətinin araşdırmasına görə, respondentlərin 24,9 faizi baqajla səyahət etməyi vacib sayır, 5,2 faizi isə uçuş vaxtına əsasən seçim edir.

Yaşayış yeri axtararkən iştirakçıların 60,5 faizi “otel”, 47 faizi isə “apartament” filtrindən istifadə edir. 9,7 faiz səhər yeməyinin olmasına, 4,8 faiz otelin ulduz sayına, 2,8 faiz isə rezervasiyanın pulsuz ləğv edilə bilməsinə diqqət yetirir.

Qatar seçimində isə istifadəçilərin 27,7 faizi konkret qatar adlarını filtrləyir. Onların 16,5 faizi “Lastoçka”, 7,3 faizi isə “Sapsan” qatarlarına üstünlük verir.