1xeber.media xəbər verir ki, Moskva meri Sergey Sobyanin Rusiya hava hücumundan müdafiə qüvvələrinin paytaxta doğru uçan 7 Ukrayna pilotsuz uçuş aparatını məhv etdiyini bildirib.
Onun sözlərinə görə, dronların qalıqlarının düşdüyü ərazilərdə fövqəladə hallar xidmətlərinin mütəxəssisləri işləyir. Hadisə ilə bağlı digər detallar açıqlanmayıb.
Qeyd edək ki, daha əvvəl Moskva istiqamətində uçan daha 2 dronun məhv edildiyi bildirilmişdi. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 28-nə keçən gecə ölkə ərazisinə buraxılan ümumilikdə 512 Ukrayna dronu vurulub.