Вернуться назад Распечатать

Medvedev: Rusiyada səfərbərliyə ehtiyac yoxdur

1xeber.media xəbər verir ki, Rusiyada yeni səfərbərlik elan edilməsinə ehtiyac yoxdur. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. Onun sözlərinə görə, hazırda ordunun komplektləşdirilməsi müqaviləli hərbçilərin hesabına kifayətdir.

Medvedev qeyd edib ki, ölkədə səfərbərliklə bağlı hər hansı plan yoxdur:

“Ölkəmizdə heç bir səfərbərlik planı yoxdur. Müqavilə imzalayaraq döyüşən hərbçilərimiz bizə tamamilə kifayətdir”.

O, Ukraynadakı vəziyyəti nümunə göstərərək, orada məcburi səfərbərlik hallarının qeydə alındığını deyib.

Medvedevin fikrincə, Kiyev Rusiyada guya səfərbərlik hazırlığı aparıldığı barədə məlumatları informasiya gündəminə çıxarmaqla bundan siyasi divident əldə etməyə çalışır. Rusiya rəsmiləri son günlərdə də yeni səfərbərliklə bağlı yayılan məlumatları təkzib ediblər.