1xeber.media xəbər verir ki, İran ABŞ-ın Larak adasına endirdiyi zərbəyə cavab veriləcəyini açıqlayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat katibi, briqada generalı Hüseyn Möhebi bildirib ki, ABŞ-ın hücumu Prezident Donald Tramp administrasiyasının “strateji və ölümcül səhvi” olub.
Onun sözlərinə görə, Vaşinqtonun bu addımı “ciddi nəticələrə” gətirib çıxaracaq.
“The Wall Street Journal” yazır ki, SEPAH Larak adasına hücum nəticəsində bir neçə hərbçinin və iranlı mülki şəxsin öldüyünü açıqlayıb.
Qeyd edək ki, ABŞ daha əvvəl Larak adasında yerləşən İranın raket buraxılış qurğularına zərbə endirib. Bu, Trampın iki həftəlik hərbi kampaniyanı dayandırdığı iyulun sonundan bəri ABŞ-ın İrana qarşı ilk məlum hücumu olub.