Вернуться назад Распечатать

Əliyevin Bişkekə səfərinin iqtisadi və siyasi yükü nədir?

Bir ay öncə imzalanan tarixi müqavilə Bişkekdə praktiki mərhələyə keçir. İki ölkə arasında yeni ticarət və investisiya sazişləri qüvvəyə minir.

1xeber.media xəbər verir ki,Azərbaycan və Qırğızıstan arasında münasibətlər iyulun 31-də imzalanmış tarixi "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" ilə strateji tərəfdaşlıqdan birbaşa müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Bişkekə bugünkü səfəri bu müttəfiqlik bağlarını institusional səviyyəyə çatdırır. 
Qırğızıstanın ŞƏT-ə sədrlik etməsi rəsmi Bakının təşkilat daxilindəki iqtisadi və siyasi maraqlarının qorunması, həmçinin birgə investisiya fondlarının maliyyələşdirdiyi layihələrin genişləndirilməsi üçün böyük rıçaq yaradır. 
İqtisadi baxımdan bu səfər ticarət dövriyyəsinin artırılması, logistik rüsumların sadələşdirilməsi və infrastruktur layihələrini əhatə edir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Azərbaycanın nəqliyyat qovşaqları (Bakı Limanı) və Orta Dəhliz ilə inteqrasiyası iqtisadi müzakirələrin mərkəzində dayanır.