Вернуться назад Распечатать

Rusiya İsveçdən tədbir görməyi tələb etdi

İsveç Rusiyanın Stokholmdakı səfirliyinə edilən PUA hücumlarına reaksiya vermir. Rusiya Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Artem Studennikov bu barədə RİA Novosti-yə açıqlamasında bildirib.

1xeber.media xəbər verir ki, Studennikovun sözlərinə görə, Moskva hər insidentdən sonra İsveç Xarici İşlər Nazirliyinə nota göndərərək hücumların təşkilatçıları və icraçılarının müəyyənləşdirilməsini, həmçinin gələcək təxribatların qarşısının alınması üçün tədbirlər görülməsini tələb edir.

“Biz İsveç hakimiyyətindən bu cür hücumların gələcəkdə baş verməməsi üçün hərtərəfli tədbirlər görməyi israrla tələb edirik. Hələlik İsveçin səlahiyyətli qurumları ya bunu etmək iqtidarında olmadıqlarını, ya da istəmədiklərini nümayiş etdirirlər”, – diplomat deyib.

Qeyd edək ki, iyulun 2-də PUA-lar Rusiyanın İsveçdəki səfirliyinə hücum edib. Dronlardan biri qırmızı boya ilə dolu konteyner atıb, digərinin üzərində isə partlayıcı qurğu maketi olub. Hadisədən sonra Rusiya İsveç səfirinə etiraz notası təqdim edib.