Вернуться назад Распечатать

Çin Pallas-1 raketini ilk dəfə uğurla kosmosa buraxdı

Çin Pallas-1 daşıyıcı raketinin ilk uçuşunu uğurla həyata keçirib.

1xeber.media xəbər verir ki, raket ölkənin şimal-qərbində yerləşən Dunfen kommersiya kosmodromundan Pekin vaxtı ilə saat 10:00-da buraxılıb.

Məlumata görə, Pallas-1 uçuşu normal şəkildə həyata keçirib və yükünü nəzərdə tutulan orbitə çıxarıb. Sınaq zamanı qarşıya qoyulan bütün məqsədlərə nail olunub və missiya uğurla başa çatıb.

Bu, Pallas-1 raketinin ilk uçuşu olub.