Вернуться назад Распечатать

Almaniya ilə Rusiya artıq müharibə vəziyyətindədir – şirkət rəhbəri

Almaniyanın müdafiə şirkəti Donaustahl-ın təsisçisi Stefan Tuman Berlin və Moskvanın artıq müharibə vəziyyətində olduğunu bildirib.

1xeber.media xəbər verir ki, Tuman “Politico”ya açıqlamasında Almaniya ilə Rusiyanın “müharibə vəziyyətində” olduğunu deyib. O, Avropada baş verənləri təsvir etmək üçün bəzi siyasətçilərin işlətdiyi “hibrid müharibə” ifadəsindən istifadə etməkdən imtina edib.

Tuman həmçinin rəhbərlik etdiyi Donaustahl şirkətinin Ukraynaya döyüş PUA-ları tədarük etdiyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın Azad Demokrat Partiyasının lideri Volfqanq Kubikki Berlinə qarşı “hibrid təhdidlərə” cavab olaraq Rusiyanı Ukraynaya “Taurus” raketlərinin verilməsi ilə hədələməyi təklif edib.