
Paşinyan ŞƏT sammitində rus dilində çıxış etməyən yeganə MDB lideri oldu.
Ermənistanın Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışını rus dilində etməyən yeganə MDB ölkəsi lideri olub.
1xeber.media xəbər verir ki, Paşinyan çıxışını erməni dilində edib. Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan və Özbəkistan nümayəndələri isə ictimai çıxışlarını rus dilində səsləndiriblər.
ŞƏT-in digər nümayəndələri isə ya ingilis dilində, ya da öz ana dillərində çıxış ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sammit çərçivəsində Nikol Paşinyanla görüşüb. Qapalı keçirilən görüş təxminən bir saat davam edib.